1. Ümumi Müddəalar
- 1.1. Bu onlayn platforma (bundan sonra "TəmirEt" və ya "Platforma") müstəqil xidmət göstərən usta/mütəxəssislər ilə xidmətə ehtiyacı olan istifadəçilər (bundan sonra "Müştəri") arasında məlumat mübadiləsini təmin edən vasitəçi (aqreqator) informasiya sistemidir.
- 1.2. Platformadan istifadə etməklə və ya sifariş sorğusu göndərməklə hər bir Müştəri bu İstifadə Şərtlərinin müddəalarını tam və qeyd-şərtsiz qəbul etmiş sayılır.